ABŞ-da növbəti silahlı insident: 1 ölü, 1 yaralı

ABŞ-da növbəti silahlı insident: 1 ölü, 1 yaralı
03:29 1 Dekabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ravenna şəhərində (Ohayo ştatı) silahlı insident baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin küçədə atəş açması nəticəsində bir kişi ölüb, bir qadın isə yaralanıb.

 

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yerli polis ehtimal edilən atəş açanın şəklini yayımlayıb. Cinayətkarın tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

 

Qeyd edək ki, noyabrın 28-də iyirmi yaşlı  Somali əsilli Əbdül Razak Əli Artan Ohayo universitetinin ərazisində idarə etdiyi avtomobili piyadaların üstünə sürüb, sonra isə, maşından düşərək bıçaqla  tələbələrə zərbələr endirməyə başlayıb. İnsident nəticəsində 11 nəfər xəsarət alıb.     Hadisə yerinə gələn polis əməkdaşları silahlını məhv edib.  Bir gün sonra universitetə hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR