Kosta-Rikanın mərkəzi bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yeraltı təkanların episentri paytaxt San-Hose şəhərindən 30 km aralıda, ocağı isə 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Milli.Az