Barselona aeroportunda zibil torbalarında 1 milyon avro daşıyan iki nəfər saxlanılıb

Barselona aeroportunda zibil torbalarında 1 milyon avro daşıyan iki nəfər saxlanılıb
16:07 2 Dekabr 2016
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ İspaniya Vətəndaş Qvardiyası Barselona beynəlxalq hava limanında iki Çin vətəndaşından qanunsuz yolla daşınan 1 milyon avrodan çox vəsait müsadirə edib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, Vətəndaş Qvardiyasının əməkdaşlarının diqqətini çinlilərin baqajı çəkib. Onların baqajına baxış zamanı zibil torbalarında gizlədilmiş və bəyannamədə göstərilməyən nağd pul vəsaiti aşkar edilib. 27 və 28 yaşlı Çin vətəndaşları İspaniyadan Şanxaya uçmaq niyyətində olublar.
Çinlilər inzibati xəta törətməkdə şübhəli bilinirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/barselona-aeroportunda-zibil-torbalarinda-1-milyon-avro-dasiyan-iki-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR