Nazirlik ailənin düşdüyü qəza ilə bağlı məlumat yaydı

Nazirlik ailənin düşdüyü qəza ilə bağlı məlumat yaydı
12:09 3 Dekabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Ağdaşda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 2-də saat 12 radələrində Ağdaş rayonunun Əmirarx kəndində Bakı şəhər sakini Yaşar Piriyev idarə etdiyi "Nisaan" markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini, anası Mərcan hadisə yerində ölüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, avtomobildə yaralananların hamısı sürücünün ailə üzvləridir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR