ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişin qonağı əməkdar artist Təyyar Bayramov olub.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı fəxri ad aldıqdan sonra başına gələn bir hadisədən danışıb:

"Əməkdar artist" adı alandan sonra bir tədbirə dəvət olundum, amma getmədim. Sənət dostumla birgə olacağım el şənliyindən imtina etdim. Düşündüm ki, orada əməkdar artist olduğum üçün məni çox alqışlayarlar, o da pis olar. Bunu ürəyim götürməz. Onun qəlbinin sınmasını istəmirdim. Dedim ki, bir müsabiqədə olduğum o dostum yox, başqa kimlə desəniz, şənliyə qatılım. Daha sonra bunu özü də bildi".