Müğənni Sinan Akçıl "Həyatımda yeni başlanğıc" dediyi amerikalı sevgilisi Aleksanda Rodrigezdən ayrılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl model Ebru Şallıdan ayrılan Sinan Aleksandra ilə klip çəkilişlərində tanış olmuşdu. Sinan dünən səhnə aldığı bir məkanda ayrılması barədə danışıb:

"Saat fərqi olunca yaşamaq çətindir. Gecə yazıram ki, "Nə edirsən?". "Nahar edirəm" deyincə bütün əhvalım dəyişir. ABŞ-dan Türkiyəyə gəlmək istəyirdi, amma mən onu tərk etdim. Castin Biberi o, tərk etmişdi, məndə isə əksinə oldu. Hazırda nikah masasına oturmaq düşüncəsində deyiləm, 4-5 il sonra ola bilər".

Bununla da medianın "reklam sevgisi" adlandırdığı münasibətin həqiqi olmadığı təsdiqlənib.