Bu da dünyanın ən ucuz telefonu (FOTO)

Bu da dünyanın ən ucuz telefonu (FOTO)
11:56 6 Yanvar 2015
222 Digər
Ölkə mətbuatı
A- A+

"Microsoft" dünyanın ən ucuz telefonunu təqdim etdi. ANS PRESS-in məlumatına görə, mobil telefon "Nokia" markası ilə tanınıb.
"Microsoft" adıçəkilən şirkəti satın alsa da bu günə kimi sərfəli telefolada öz adından istifadə etməyib.

29 dollarlıq yenilik "Nokia 215" adlanır. Bu ucuz telefon bənzərlərindən fərqli olaraq "Facebook", "Messenger", "Twitter", "Bing Search", MSN Weather və Opera Mini kimi tədbiqlərlə işləyə bilir.

Bu cihaz il şirkət inkişaf etməkdə olan bazarları hədəfə götürüb. Telefonun 2,4 inç QVGA 320x240 piksel ekranı, 0,03 meqapiksel kamerası, daxili fənər, MP3 və FM radio dəstəyi var. Telefon blutuz, qulaqcıqla da işləyir. O, 29 gün enerji yığmadan gözləmə rejimində qala bilir.

Yeni "Nokia"nın ilk olaraq bu ilin birinci rübündə Yaxın Şərq, Afrika, Asiya, Avropada bazara çıxarılması planlaşdırılır.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=317943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR