“Report”un Şərqi Avropa bürosu Azərbaycanın Bolqarıstandakı səfirliyinə istinadən xəbər verir ki, dünyanın şərabçılıq sahəsində qabaqcıl ölkələri - ABŞ, Rusiya, Almaniya, İspaniya, Fransa, Çexiya, Rumıniya, Türkiyə və Ukrayna nümayəndələrinin iştirak edəcəyi festivalda bolqar şərabçıları da istehsal etdikləri məhsulları ilə təmsil olunmaq imkanı qazanıblar.
Festival çərçivəsində qonaqlar, həmçinin “2016-cı il Avropa gənclər paytaxtı” olan Gəncə şəhəri ilə yaxından tanış olacaqlar.
2012-ci ildən etibarən keçirilən festivalda təqdim olunan şərablar beynəlxalq münsiflər heyəti tərəfindən dadılır və ardınca qaliblər müəyyən edilir.