Karyeralarının ilk illərində sevgili olan Selena Qomez və Castin Biber haqda daha bir iddia yayılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2014-cü ildə 4 illik sevgini bitməsinə xəyanət səbəb olubmuş.
Heç vaxt ayrlığın səbəbi barədə danışmayan tərəflərin sirri bu yaxınlarda İnstaqramda üzə çıxıb. Ayrıldıqdan sonra sosial şəbəkədə tez-tez birini tənqid edən Selena və Castin yenə üz-üzə gəliblər. Castin Selenaya "Səninlə Zayn (Zayn Malik-red.) arasında olanları unutdum... Aldadıldım" yazıb.
İddialara görə, S.Qomez Castinlə sevgili olduğu zaman müğənni Z.Maliklə bir gecəlik münasibət yaşayıb. Bundan sonra ikili ayrılıb. Selena ayrılıqdan sonra Zaynla sevgili olub.
C.Biber isə bu müddət ərzində çoxlu sevgili dəyişdirib.
Qeyd edək ki, bir müddət əvvəl Selena və Castinin barışması, tezliklə toy edəcəkləri barədə xəbər yayılmışdı.