"Barselona"nın futbolçusu Lionel Messinin səhhətində yenidən problem yaranıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubu ilə yoxlama oyunun gedişatında (5:3) qusub.

Qeyd edək ki, L.Messi artıq neçənci dəfədir ki, mədə problemi ilə üzləşir. O, bundan əvvəl "Atletiko", "Real", "Sevilya" və "Levante", Argentina millisi ilə Boliviya və Rumıniya yığmasına qarşı matçlarda qusmuşdu.

Milli.Az

Messinin halı yenə pisləşdi - FOTO