Azərbaycanda qadın aktrisalar arasında rəqabət hər zaman güclü olub.

İstər müstəqillik illərində, istərsə də ondan əvvəlki illərdə bu rəqabət davam edib. Bu gün də rəqabət gənclər arasında davam edir.

Milli.Az xəbər verir ki, bizimyol.info saytı bu mövzu ilə bağlı araşdırma edib. Azərbaycanın dram janrında ən layiqli ən sevimli qadın aktrisasının kim olduğu ilə bağlı sorğu keçirib. Sorğuda ölkənin sayılmış seçilmiş ziyalıları, sənət adamları iştirak ediblər. Sorğunun nəticələri yaxın günlərdə açıqlanacaq.

Bu mövzu ilə bağlı araşdırma edərkən xalq artisti Flora Kərimovanın da məsələyə münasibətini öyrəndik. O saytımıza açıqlamasında burada rəqabətin əsasən Şəfiqə Məmmədova ilə Amaliya Pənahova arasında gedəcəyini bildirərək, səsini də Şəfiqə Məmmədovaya verib. Daha sonra o Amaliya Pənahovanın heş vaxt Şəfiqə Məmmədovaya çata bilməyəcəyini bildirib.

"Bilirsiz madəm bu mövzu ilə bağlı araşdırma aparırsız mən sizə deyim ki, Şəfiqə xanımda olan qürur, səhnə duruşu, obraza girmə heç vaxt Amaliya Pənahovada ola bilməz. Ömründə Amaliya Pənahova özünü Şəfiqə Məmmədova ilə müqayisə eləməsin. Amaliya yel olub Şəfiqənin yanından ötə bilməz. Şəfiqə Məmmədova, eyni zamanda, daha çətin rolların öhdəsindən gəlib. Mən onların heç birini yaxından tanımıram, amma baxdığım izlədiklərimə və gördüklərimə əsasən, bu, mənim fikirlərimdi. Bu, bir daha onu sübüt edir ki, dram janrında ən layiqli, ən güclü qadın aktrisa Şəfiqə Məmmədovadır".

Milli.Az