47 yaşlı mütəxəssis həmin müddətdə komandanın baş məşqçisi olub. Bu müddətdə evin kirayə haqqı üst-üstə 37 min avro təşkil edib.
"Srvena Zvezda"nın maliyyə direktoru Stefan Pantoviç açıqlamasında məsələ ilə bağlı prosesin təxminən 2 il davam etdiyini deyib: "İki il danışıqlar, mübarizə getdi və nəhayət, icraat haqda qərar çıxdı. Biz hər zaman borclarımızı ödəmişik və bu məsələni də həll edəcəyik. Bu maddi vəziyyətlə bağlıdır. İki il əvvəl bizim 100-dən artıq məhkəmə işimiz vardı. İndi isə bu rəqəm 20-yə yaxındır. Bunlardan da 4-5i artıq həllini tapıb və ödənişlər edilib".
Qeyd edək ki, Robert Prosineçki 2010-cu ilin dekabrından 2012-ci ilin avqustunadək "Srvena Zvezda"da baş məşqçi olub.