FİFA Çili millisini azarkeşlərin homofobik şüarlarına görə cəzalandırıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, son 2 Amerika Kubokunun qalibi 2018 DÇ seçmə mərhələsində Venesuela, Paraqvay və Ekvadorla ev oyunlarını "Estadio Nacional"da keçirə bilməyəcək. Çili Futbol Federasiyası isə 29 min dollar cərimə ödəməli olacaq.
Homofobik şüarlar bir sıra Latın Amerikası ölkələrində baş verir. Amma FİFA bu yaxınlara qədər buna qismən göz yumurdu.
Milli.Az