Boliviyanın "LaMia" aviakompaniyası və pilot Miqel Kiroqa noyabrın 28-də Medelyində baş vermiş təyyarə qəzasında təqsirli bilinirlər. Bu, "Şapekoense" futbolçuları da daxil olmaqla 71 nəfərin həlak olduğu təyyarənin məxsus olduğu şirkətdir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, hadisəyə görə məsuliyyətli olan Kiroqa da həlak olanlar arasındadır. O, həm də aviakompaniyanın səhmdarlarından biridir. "LaMia"nın icraçı direktoru Qustavo Qamboa "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə artıq həbs olunub. Onun oğlu Qustavo Vilyeqas da qəzaya uğrayan təyyarəyə viza verdiyinə görə göz altna alınıb. Onların heç biri qəzada özünü təqsirli bilmir.
Milli.Az