Türkiyənin ən yaraşıqlı kişisi həyat yoldaşı haqqında nələr dedi? - FOTO

Türkiyənin ən yaraşıqlı kişisi həyat yoldaşı haqqında nələr dedi? - FOTO
14:42 21 Dekabr 2016
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyədə "İlin adamı" seçilən Tatlıtuğ "GQ" jurnalına müsahibə verib.

Milli.Az publika.az-a istinadən bildirir ki, aktyor milyonlarla pərəstişkarının düşüncəsinin əksinə olaraq mükəmməl adam olmadığını bildirib: "Mükəmməl və ideal olmaq istəyi insanı bədbəxt edir. Mən səhv edən və onlardan dərs almağı bacaran adamam".

Məşhur aktyor həyat yoldaşı Başak Dizerə sonsuz hisslərlə bağlı olduğunu isə belə ifadə edib: "Bir həyatı, gələcəyi iki nəfər yaşamağa başladıqda, İki nəfər bir olduqda hər şey dəyişmir. Necə deyim, indi özümü daha tam hiss edirəm. Bu, hər kəsin yaşaya biləcəyi duyğu deyil və yaşaya bilən insan çox şanslıdır. Mən çox şanslıyam. "Sevmək və "güvənmək" duyğusu insana göydən paketin içində hədiyyə kimi göndərilmir. Bəxtin gətirsə, tapacaqsan. Sevmək, üstəlik güvənmək mənim üçün çox çətindir. Bu səbəbdən də çox qiymətli hisslər yaşayıram və onu möhkəm qucaqlayıb qorumağa çalışıram. Yəni, aktyoram deyə xoşbəxt yuvanın xəyalını qura bilmərəm?"

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/500939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR