Bakıda sirli rəsmlərlə dolu ev: mələklər, şirlər, naməlum rəssam... - FOTOLENT

Bakıda sirli rəsmlərlə dolu ev: mələklər, şirlər, naməlum rəssam... - FOTOLENT
15:54 23 Dekabr 2016
105 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu görüntülərə Bakının Balaxanı kəndindən fotolent hazırlayarkən rast gəldik. Kənd sakini Əliyev Üzeyir Balarəhim oğlunun evidir. Babasından qalıb. Üzeyir Əliyev Lent.az-a açıqlamasında dedi ki, hələ XX əsrin əvvəllərində Bakının Balaxanı kəndində belə bir tendensiya varmış. İmkanlı şəxslər evlərinin divarlarını rəsm əsərləri ilə bəzətdirirmiş. Babası Rəcəb Əli Əbdüləli oğlu da belə imkanlı şəxslərdən olub.

 

“Babam evinin divarlarını 1913-cü ildə rənglədib. Rəssamın kimliyini bilmirik” – Üzeyir Əliyev deyir.

 

Divarlarda 20 mələk və 10 şir rəsmi var. Rəsmlərin hər biri yağlı boya ilə işlənib. Tavanda xonçalar arasında 32 təbii şəkil var. Otağın yuxarı hissəsində isə ev sahibinin inisialı həkk olunub: R. A. A.

 

Hazırda kənddə bir neçə belə ev qalmaqdadır.

 

Üzeyir bəyin babasından qalma evi təmir etdirmək fikri yoxdur. Bir əsr yaşı olan bu unikal rəsmləri növbəti nəslə təqdim etmək üçün saxlayacaq.

 

Ləman Mustafaqızı

 

 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR