"Ülviyyəni çox sevirəm"

ARB TV-nin "Gəlin danışaq" verilişinin budəfəki qonağı xalq artisti Faiq Ağayev olub.

İxtisasının aktyorluq olduğunu bildirən müğənni ən böyük istəklərindən birinin kinoya çəkilmək olduğunu bildirib:

"Təhsilimə görə mən musiqili teatr aktyoruyam. Elə böyük rolda çəkilməmişəm, amma bu mənim böyük istəyim idi ki, kino aktyoru kimi ozümü sınayım. Alınmırdı deyə qurdumu kliplərdə öldürdüm. Filmlərə dəvət alsam, məmnuniyyətlə çəkilərəm. Yəqin ki, bizim rejissorlar mənim qonorarımdan qorxurlar. Qorxurlar ki, Faiq Ağayevi çağırsaq, çox pul istəyər. Amma elə bir şey yoxdur. Bəzi şeylər var ki, onu sənət naminə etmək lazımdır. Ya da fikirləşirlər ki, Faiq Ağayev estrada müğənnisidir. Deməli, mənim kliplərimə baxmayıblar. Çünki mən kliplərdə Məcnunu belə canlandırmışam. Xırda olsa da, dramatik rollar ifa etmişəm. Klipdə çəkilmək istəyimin qismən həyata keçməyidir".

Daha sonra telefonla müsahibə verən rejissor Ülviyyə Könül müğənniyə uğurlar arzu edib, onunla tanışlığından danışıb, ifaçıya sual ünvanlayıb:

"1999-cu ildə Faiq Ağayevlə ilk uğurlu işimizi gördük. Ondan sonrakı illərdə qazandığımız uğurların sayını itirmişəm. Faiq mənim üçün peşəsini dəlicəsinə sevən və ona məsuliyyətlə yanaşan nadir sənətçilərdəndir. Bu il 45 yaşın tamam olur və səni təbrik edirəm. Birgə çəkdiyimiz kliplərin arasında daha çox hansını sevirsən və ən yadda qalan gülməli kadrarxası epizod sənin üçün hansıdır?"

Xalq artisti isə Ülviyyə Könülü çox sevdiyini və onun işlərini bəyəndiyini qeyd edib:

"Mən Ülviyyəni çox sevirəm. Bizi onunla tanış edəndə söylədilər ki, çox gözəl rejissordur və sənin mahnılarından xoşu gəlir. Elə tanışlıqlar olur ki, dost olmağa uzun müddət lazım olmur, qısa müddətdə insanlar bir-birinə isinişirlər. Ülviyyə, bəlkə də həyatımın nadir sirdaşlarından biridir. Biləndə ki, klipimi Ülviyyə çəkir, çox rahat oluram. Ürəyimi buz dolabına qoyub bilirəm ki, hər şey əla keçəcək. İlk işimiz "Dəşti"dən sonra "Aldatdı məni" və s. oldu. Bir çox kliplərimin ssenari müəllifi və rejissoru Ülviyyə Könül olub. Bundan əlavə, konsertimin rejissoru Ülviyyə Könül olub. Ən çox deyə bilmərəm, çünki bütün kliplərini sevirəm. Çox peşəkar və sevdiyim bir insandır. Ən gülməli və dəhşətli səhnələrdən birisi "Aldatdı məni" klipində yaşanıb. Klipə görə, qəbristanlıqda çəkiliş olmalı idi. Ülviyyə də kadr seçirdi. Kadra görə də başdaşı seçilməliydi. Ülviyyə başdaşı gəzəndə birdən dedi ki, "nə gəşəng, nə gəşəng, gəlin çəkək". Sonra gördüm ki, hönkür-hönkür ağlayır. Gəlib gördüm başdaşına yazılıb ki, Kərimova Ülviyyə. Dedim ki, uzun yaşayacaqsan. Görüntü olaraq tam kadra uyğun qəbirdaşını seçib, birdən-birə öz adını görəndə ağlayıb. Ən maraqlısı odur ki, bir az o tərəfdə də Ağayev Faiqin qəbirdaşı var idi. Adam istəsə, onu tapa bilməz. Demək, Allah bizi çox istəyir".

Videonu izləmək üçün şəklə klikləyin:
Faiq Ağayev: "Qorxurlar ki, birdən çox pul istəyərəm" - VİDEO - FOTOFaiq Ağayev:

Milli.Az

Faiq Ağayev: "Qorxurlar ki, birdən çox pul istəyərəm" - VİDEO - FOTO
Faiq Ağayev: "Qorxurlar ki, birdən çox pul istəyərəm" - VİDEO - FOTO
Faiq Ağayev: "Qorxurlar ki, birdən çox pul istəyərəm" - VİDEO - FOTO
Faiq Ağayev: "Qorxurlar ki, birdən çox pul istəyərəm" - VİDEO - FOTO