Müəllim seçimi direktorların ixtiyarına veriləcək – Pilot layihə başlayır

Müəllim seçimi direktorların ixtiyarına veriləcək – Pilot layihə başlayır
15:59 24 Dekabr 2016
3883 Digər
Ölkə mətbuatı
A- A+

“Hazırda müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunun ən uğurlu yol olduğuna inanmıram. Və mən düşünürəm ki, müasir məktəbin müəllimini həmin  məktəbin müasir direktoru özü seçməlidir”.

 

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Təhsil Tv”-nin “Media ilə üz-üzə” verilişinə müsahibəsində deyib.

 

M.Cabbarov qeyd edib ki, heç kim məktəbin ab-havası, imkanları, mühiti və digər vacib detallara direktor qədər peşəkar şəkildə bələd ola bilməz: “Məktəb direktorlarının bu nöqteyi-nəzərdən muxtariyyəti daha çox olmalıdır”.

 

Bu prosesə pilot layihə şəkilində başlanılacağını deyən təhsil naziri bildirib ki, akademik göstəricilər,  idarəetmənin keyfiyyət meyarlarına cavab verən məktəblərə bu hüquq veriləcək: “ Həmin məktəblərə müəllimi işə qəbul etmək hüququnu ötürmək niyyətindəyik. Bu işin icrası pilot layihə şəkilində başladıla bilər. Məsələn, ilk başda 50 məktəbə belə hüquq verə bilərik. Planlarımız bundan ibarətdir. Bir müəllim təhsil sahəsində bir neçə müddətdir fəaliyyət göstərirsə, yaxud onun bilik səviyyəsi qiymətləndirilibsə, müasir məzmunlu pedaqogika və psixologiyaya yiyələnibsə, məktəbin direktoru o müəllimi seçmək hüququna malik olacaq. Bu yanaşmanın reallaşması üçün real addımlar atacağıq və bir sıra məktəblərdə  belə bir hüququn qısa müddətdə təqdim edilməsi məsələsini nəzərdən keçiririk”.

 

 

 

 

 

 

 

 

.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR