Əfqanıstanın paytaxtı Kabildə "canlı bomba" özünü partladıb.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, partlayışda millət vəkili Fakuri Behişti yaralanıb, qoruyucusu ölüb.

"Röyter"in məlumatına görə, bombalı hücum nəticəsində başqa ölən və yaralananlar da var.

Qeyd edək ki, Əfqanıstanda keçən həftə də belə bir partlayış olmuş, millət vəkili də daxil olmaqla 7 nəfər həlak olmuşdu.

Bəxtiyar Umarlı
Milli.Az

Bombalı hücum: millət vəkili yaralandı, qoruyucusu öldü - FOTO