Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şair Ramiz Rövşənin anadan olmağının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Yusif Şeyxov, Aydın Dadaşov, Mais Ağabəyov, Ayaz Salayev, Elxan Qasımov, Elçin Musaoğlu, Elxan Cəfərov, Elşad Ərşadoğlu və digərləri Ramiz Rövşənin ədəbi və kino fəaliyyəti haqqında danışıb, onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, Ramiz Rövşən Azərbaycan kinosunun çox məhsuldar dövrü olan 70-ci illərin əvvəllərində “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb, “Mozalan” satirik kinojurnalının redaktoru, kinostudiyanın ssenari-redaksiya kollegiyasının üzvü, baş redaktoru vəzifələrində çalışıb.
Həmin dövrdə yazdığı ssenarilərin əsasında çəkilmiş “Babamızın babasının babası”, “Süd dişinin ağrısı”, “ Şəhərli biçinçilər, “İşarəni dənizdən gözləyin”, “Özgə vaxt”, “Məkanın melodiyası” kimi bədii filmlər, “Mozalan” satirik kinojurnalı üçün yazılmış “Şəbih”, “Söyüdlünün su dərdi”, “Özbaşınalıq”, “Haram tikə” və s. qısametrajlı sənədli və bədii filmlər sadəliyi, insanları düşündürməsi ilə fərqlənir.
Çıxışı edənlər bildiriblər ki, R. Rövşən kinomuzun müxtəlif sahələrində çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan sənətkar kimi bir çox filmin redaktoru, sinxron mətnlərin müəllifidir.
Ramiz Rövşənin 70 illik yubileyi keçirilib
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
“Ailəm üçün yaşamalıyam” - 9 kiloqram arıqlayan İbrahim Borçalı
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
“Vikinq”lə matça 23 futbolçumuz hazırdır” - Dambrauskas
Bu gün
·
01:03
Noyabr ayında 4 bürcün bəxti gətirəcək
Bu gün
·
00:08
“Ailəm üçün yaşamalıyam” - 9 kiloqram arıqlayan İbrahim Borçalı
Bu gün
·
00:05
İstanbulda futbol gecəsi - "Qalatasaray" almanları əliboş göndərdi
Dünən
·
23:53
Molla 32 yaşlı arvadını qətlə yetirib - TƏFƏRRÜAT
Dünən
·
23:51
Körpələr üçün təhlükəlidir - Türkiyə satışını dayandırır
Dünən
·
23:09
"Niyə subaysan" sualına belə cavab verdi
Dünən
·
23:07
Bu şəxslərə maaşdan əlavə pul verilə bilər - TƏKLİF
Dünən
·
23:00
"Xoşbəxt deyiləm" - "Fənərbağça"lı ulduz futbolçu
Dünən
·
22:54
"Şəki yaylası" istirahət mərkəzi bağlandı
Dünən
·
22:49
Ən qonaqpərvər ölkələr açıqlandı - SİYAHI
Dünən
·
22:41
Noyabrın 4-də paytaxtda qaz kəsiləcək - Ərazilər
Dünən
·
22:34
Maşın bazarında nə baş verir? - Qiymətlər dəyişir
Dünən
·
22:26
"Mahmut Hoca"nın oğlu illər sonra üzə çıxdı - FOTO
Dünən
·
22:26
İranda nəhəng plakat: “Trampı öldürəcəyik” - FOTO
Dünən
·
22:23