Liftdə dəhşət yaşandı (VİDEO)

Liftdə dəhşət yaşandı (VİDEO)
15:51 6 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ohayo ştatında qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, həyat yoldaşıyla birlikdə liftə minən bir polis məmuru belindəki silahını düzəldərkən bilmədən özünü qarnından vurub. Həmin anlar liftdəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntüdən aydın olur ki, polis tapançanı çıxarıb yenidən örtüyünə qoymağa çalışarkən silahdan atəş açılıb. Nəticədə qarnından yaralanan polis yerə çöküb. Polisin həyat yoldaşı isə hadisədən şok keçirib və dərhal təcili yardıma zəng edib.

Xəstəxanaya aparılan yaralı polisin vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisənin görüntülərini sizə təqdim edirik:


Asansörde dehşet anı: Polis memuru kaza ile... by cumhuriyet

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR