“Lider” telekanalında yeni veriliş yayıma başlayacaq.
Axşam.az-ın məlumatına görə, “Lider maqazin” adlanan proqramda şou-biznes nümayəndələri ilə bağlı maraqlı xəbərlər təqdim olunacaq. Hər şənbə günü saat 21:00-da efirə gedəcək verilişin aparıcısı Türkan Heydərovadır.
Proqramın ilk buraxılışında xalq artisti Nazpəri Dostəliyeva, müğənnilər Natavan Həbibi, Nurlan Əzizbəyli, Könül Kərimova ilə bağlı maraqlı süjetlər nümayiş olunacaq.
N.Həbibi nişanlısının kimliyindən bəhs edəcək. Səhhətində problem olan N.Əzizbəyli göz yaşlarını saxlaya bilməyib.