Krasnodar diyarının Temrük rayonunda qədim yunan şəhəri - Fanaqoriyada arxeoloqlar fars çarı I Daraya aid yazılmış mərmər stel fraqmenti aşkar edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qədim yazı İran padşahı adından yazılıb və təxminən e.ə. V əsrin birinci yarısına aiddir.
"Fanaqoriya" tarixi-arxeoloji və qoruq-muzeyinin direktoru Vladimir Kuznetsovun sözlərinə görə, "Qara dəniz sahillərində Dara adından stel tapılması eksklüzivdir. Tapıntı özü isə tarixi kontekstdən böyük əhəmiyyətə malikdir".
I Dara e.ə. 522-486-cı illərdə Əhəmənilər dövlətinin hökmdarı olub. O, hazırki müasir İran, Pakistan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Ermənistan, Türkiyə ərazilərini idarə edib.
Aytən