ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, onun inauqurasiyasını boykot etməyə qərar verənlər biletləri qaytarmalıdırlar.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, D.Tramp "Fox News" telekanalına müsahibəsində bildirib: "İnauqurasiyaya gəlməyəcək şəxslərlə bağlı məsələ normaldır, çünki bizə biletlər çox lazımdır. Ümid edirəm ki, onlar bizə biletlərimizi qaytaracaqlar".
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının Demokrat Partiyasından olan 30-dan çox üzvü yanvarın 20-də D.Trampın andiçmə mərasimini boykot etmək planlarının olduğunu açıqlayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində