Hollandiyanın futbol əfsanəsi Rud Qullit bu mövsüm Pol Poqbanın "Manchester United"də göstərdiyi oyun barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, Qullit fransalı yarımmüdafiəçinin qənaətbəxş oynamadığına işarə vurub.
"Poqba futbol tarixində nə bahalı futbolçu ola bilər. Amma o, vaxtını geyimlərə, saç düzümü və sosial şəbəkələrə sərf etməkdə davam etsə, heç kimi onun 105 milyon funt qiyməti maraqlandırmayacaq. Pol transferdən öncə Memfis Depayla danışmalı və bilməliydi ki, İngiltərədə yüksək səviyyəni əldə etmək üçün özünü futbola həsr etməlidir. Belə davam etsə, Poqba tezliklə "Manchester United" azarkeşlərinin qəzəbinə tuş gələcək".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində