Xalq artisti Aygün Kazımova paytaxt məkanlarının birində özünə ad günü keçirib. Lent.az-ın məlumatına görə, 46 yaşını qeyd edən xalq artistinin özəl günündə aparıcılıq missiyasını Yusif Ağayev öz üzərinə götürərək, qonaqları salamlayıb. Daha sonra söz gecənin səbəbkarına verilib. Xalq artisti də öz növbəsində təəssüratlarını bu cür bölüşüb: "Bura gələn bütün dostlarımı salamlayıram. Bilirsiniz ki, mən ad günü keçirməyi sevirəm. Düz 46 ildir ki, 26 yanvarı xüsusi qeyd edirəm. Düz 30 ildir ki, sənətdəyəm. Bu münasibətlə payızda "Crystal Hall"da konsert verəcəyəm. Həmin konsert də möhtəşəm olacaq".

Onu da əlavə edək ki, gecədə əməkdar artistlər Ədalət Şükürov, Lalə Məmmədova, Rafael İsgəndərov, müğənnilər Kərim Abbasov, Lətifə Soyuöz, Rəhim Rəhimli, Elnur Məmmədov, Elçin Cəfərov, aparıcılar Afaq Gəncəli, Könül Muxtarova, dj Kazım, meyxanaçılar Pərviz Bülbülə, Vüqar Əbdülov və başqaları iştirak edirdi.

Qeyd edək ki, A.Kazımova 1971-ci ildə Bakıda anadan olub. 1988-ci ildə "Bakı Payızı" yarışmasında birinci yeri qazanlb. Buna qədər isə o, "Ozan" və "Aypara" qruplarında çıxış edib. 1989-1990-cı illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı", 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmaların iştirakçısı olub. Bir sıra xarici ölkələrdə konsertlər verib. 2016-cı ildə Almaniyanın Hamburq şəhərində keçirilən "DAF BAMA Music Awards"ın mükafatçılarından olub.

Aygün Kazımovanın ad günü nə ilə yadda qaldı? - VİDEO
Aygün Kazımovanın ad günü nə ilə yadda qaldı? - VİDEO
Aygün Kazımovanın ad günü nə ilə yadda qaldı? - VİDEO
Aygün Kazımovanın ad günü nə ilə yadda qaldı? - VİDEO