"Neftçi" heyətini yeni oyunçu ilə gücləndirib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov açıqlama verib.
Klub rəsmisi bildirib ki, "ağ-qaralar" fransız hücumçu Huqo Barqası transfer edib.
Argentina vətəndaşlığı da daşıyan oyunçu ilə 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Barqasın son komandası Boliviyanın "Bolivar" klubu olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində