Öldürdülər ki, goruna “and” içsinlər (VİDEO)

Öldürdülər ki, goruna “and” içsinlər (VİDEO)
22:46 15 Mart 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Niyə ağlasığmaz? Məgər buna qədər belə hadisələr olmayıb? Bəs Nauri Unanyanın parlamenti gülləbaran etməsi nəydi? O, bu günədək də həbsdədir və hadisə barədə qəribədir ki, heç nə xatırlamır. Permyakov qətliamı da oxşar texnologiya ilə hazırlanıb. Gəlib bütün bir ailəni güllələmək, sonra orada müvafiq sənədləri qəsdən saxlamaq ki, qatili tapmaq asan olsun. Bütün bunlar hələ onda, hadisənin baş verdiyi ilk saatlarda bizə şübhəli görünmüşdü. Amma Sarkisyanın saytından Putinin genosidə gələcəyi barədə şad xəbəri oxuyanda, petuxun quyruğunu bir daha da gördük.

Bu belədir. Görünür ermənilər Putinə təzyiq etməyin başqa variantını tapa bilmədilər. Şantaj. Sarkisyana Permyakov hadisəsi elə buna görə lazım idi. Lazım idi ki, Putinə deyə bilsin: Ay yoldaş, ay qardaş, ay başımızın ağası, mən Sizinəm, təpədən dırnağa, başdan nə bilim hara qədər. Mən sizin sadiq qulunuz olaram, istəyirsiniz laaap ayaqlarınızı yuyub suyun için, bir başqa, siyasətçinin sözü olmasın mən sizin piyadanızam, məndən olsa lap Sizin tərkibinizə də daxil olaram, amma xalq Permyakovdan sonra tamam dəyişib axı…, sizə, Ana Rusiyaya qarşı aqressiya var. Mən daha bacara bilmirəm. Hesablaşmağa məcburam. Gəl gör neynirsən?! Permyakov hadisəsindən sonra siz genosidin də 100 illiyinə gəlməsəniz mən artıq vəziyyətə nəzarət edə bilməyəcəm.

Qəzəblənmiş camaat hərbi bazanı alt-üst edəcəklər. Putindən də ötrü Ermənistan yalnız hərbi baza qədər əhəmiyyətlidir. Başqa nəyi var ki, ermənilərin? Axı kiçik erməni böyük rusa necə təsir göstərə bilərdi? Neyləyəcək? Deyəcək ki, səndən qaz almayacam, yoxsa sənə qaz satmayacam. Qalır bir təsir yol. Terror, neyrolinqvistik üsullarla idarə etmə. Biz dəfələrlə sizə neyrolinqvistik proqramlaşmadan, ermənilərin bu üsuldan məharətlə istifadə etməsindən, insanların beynini idarə etməklə bir növ zombiləşdirmək qabiliyyətindən danışmışıq. Ermənilər bu yolla hətta ən soyuqqanlı birisini ağlagəlməz addımlara əl atmağa təhrik edə bilər.

Permyakov qətliamı da məhz belə yolla hazırlana bilərdi. Biz hesab eliyək. Putin Gümrüdə başverənlərdən sonra hələ bir genosid yadetməsinə də qatılmır. Üstəlik də Türkiyəyə, Ermənistanın birbaşa düşməninə, Çanaqqala bayramına gedir. Təsəvvür edirsiniz? … Pis düşünməyiblər… Qoqolun sözü olmasın lap, əclafcasına! Əlbəttə, Rusiyanın vəziyyəti bu halda çox mürəkkəbdir. Hər iki tədbir eyni günə təsadüf etdiyindən Putinin həm Ermənistanda, həm də Türkiyədə olacağı absurddur. Nəzəri cəhətdən bəlkə də mümkündür. Adam durub qaçaraq gedir Ermənistana təcili baş çəkir, sonra ordan da uçur Türkiyəyə. Amma bir dəqiqə vaxt itirməsə belə Putin bura çatdırmır. Çünki o vaxta qədər hamı öz ev-eşiynə dağılışacaq. Ən yaxşı hal nə Türkiyə, nə də Ermənistana getmək olardı… Amma bu variantların ən qeyri-mümkünüdür…

Mənbə
HESABAT: Mir Şahin



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=332022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR