Filipppinin paytaxtı Manila şəhərinin Pasay bölgəsində keçirilmiş "Kainat gözəli 2017" ("Miss Universe 2017") gözəllik müsabiqəsi başa çatıb
Milli.Az AsiaOne-a istinadən bildirir ki, 233 yaşlı fransız tələbə İris Mitenar "Kainat gözəli" titulunu qazanıb.
Haiti təmsilçisi, 25 yaşlı Rakel Pelisye 2-ci, Kolumbiya nümayəndəsi, 23 yaşlı Andrea Tovar isə 3-cü yeri tutublar.
Fransa təmsilçisi indiyədək yalnız bir dəfə, 1953-cü ildə "Miss Universe" müsabiqəsində qalib gəlmişdi.
Ötənilki müsabiqənin qalibi, filippinli Pia Alonso Vurtsbax "Miss Universe"in tacını İrisə təhvil verməzdən əvvəl şounun aparıcısı Stiv Harviyə sonucların yazıldığı vərəqəni yaxşı görsün deyə eynək verib.
We have our Miss Universe 2016! Congratulations Miss France. #MissUniverseOnZCafe pic.twitter.com/zvvuJXBsQ8
- Zee Cafe (@ZeeCafe) 30 января 2017 г.
Bununla da o, Harviyə sataşıb. Çünki ötən il S.Harvi müsabiqənin qalibini bəyan edəndə yanılmış, Kolumbiya təmsilçisi Ariadna Qutyerrsin adını çəkmiş, tacı onun başına qoymuşdu. Ariadnanın sevinci 2 dəqiqə çəkmişdi, çünki Harvi səhvini anlamışdı.
ABŞ prezidenti Donald Tramp ötən ilədək "Miss Universe"in sahibi idi.
Müsabiqənin şərtlərinə görə, Fransanın Lill şəhərinin sakini olan İ.Mittenar bu ilin sonunadək dünya ölkələrini reklam səfərləri ilə dolaşacaq.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
















