Bu il bəzi məşhurlar "Qremmi" mükafatlandırma mərasimini boykot etməyi planlaşdırırlar.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunlar arasında Kanye Uest, Castin Biber və Dreyk də var. 22 yaşlı Castin 4 nominasiyada mükafata namizəd olsa da, mərasimdə iştirak etməyəcək. O, "Qremmi"nin artıq aktullağını itirdiyini və gənclərə qarşı haqsız davrandıqlarını əsas gətirib.
Son zamanlar Cennifer Lopezlə eşq yaşayan Dreyk də 8 nominasiyada namizədliyinə rəğmən tədbirə qatılmayacaq.
Eyni sayda mükafatı qazanmağa namizəd olan reper Kanye Uest isə başqa səbəbdən "Qremmi"ni boykot edib. O, mükafatların təqdim olunmasında irqçiliyə yol verildiyini iddia edir. K.Uest hesab edir ki, əgər onun ağdərili rəqibi varsa, bu mükafatı qazana bilməz. Amma qəribədir ki, Kanye indiyə kimi 21 dəfə bu mükafatı alıb.