Bakı-Supsa boru kəmərindən neft oğurluğu faktı aşkarlanıb

Bakı-Supsa boru kəmərindən neft oğurluğu faktı aşkarlanıb
12:22 2 Fevral 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyi Bakı-Supsa boru kəmərindən neft oğurluğu faktının üstünü açıb.
"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, Şida Kartli polis departamentinin və DİN-in xüsusi tapşırıqlar departamentinin əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində oğurluqda ittiham edilən 5 nəfəri saxlayıb.
İbtidai istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər Bakı-Supsa boru kəmərinin Qori rayonunun Rexa kəndindən keçən hissəsində sonrakı satış məqsədilə sistematik oğurluq ediblər. Hüquq-mühafizə orqanları oğurlanmış neftin bir hissəsini maddi sübut kimi ələ keçirib.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/baki-supsa-boru-kemerinden-neft-ogurlugu-fakti-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR