"Neftçi" fransız hücumçusunu sifariş etdi

"Neftçi" fransız hücumçusunu sifariş etdi
12:57 2 Fevral 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" son transferi Hüqo Barqası sifariş edib. Fanat.Az xəbər verir ki, fransız forvardın adı PFL-ə təqdim olunub.


30 yaşlı hücumçu "Neftçi"də 9 nömrəli formanı geyinəcək. Hüqo Barqas XVI turun "Qəbələ" ilə matçında meydana çıxa biləcək.


Qeyd edək ki, "Neftçi" Argentinalı əsilli fransalı hücumçunu Boliviyanın "Bolivar" klubundan transfer edib. O, əvvəllər Argentinanın "All Boyz”, Hollandiyanın "De Qraafşap”, "Zvolle”, İspaniyanın "Ximnastik”, Boliviyanın "Bluminq”, "Oriente Petrolero”, İtaliyanın "Kremoneze”, Ekvadorun "Deportivo Kuenka” klublarında çıxış edib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-fransz-hucumcusunu-sifari-etdi-t56000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR