İranın ölkəmizdəki səfirliyindən sərt bəyanat: "Üçüncü qüvvələr..."

İranın ölkəmizdəki səfirliyindən sərt bəyanat: "Üçüncü qüvvələr..."
13:33 2 Fevral 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

“Bəzi media qurumlarında İranla Azərbaycan arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq”.

Publika.az-ın xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, bu cür xəbərlər yayanlar iki ölkə arasında dostluq münasibətlərini korlamağa çalışırlar: “Bu dəfə İranın Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib. Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyib. İran səfirliyi həyata keçmiş görüşün İran və Azərbaycan arasında dostluq münasibətlərinə zidd olmadığını, səfirliyə qarşı yazılmış ittiham və aldadıcı yalanların hüquqi araşdırılması üçün qanuni haqqa malik olduğunu bildirir. Sonda bir daha qeyd edirik ki, İran və Azərbaycan arasında münasibət və əməkdaşlıq iki dost və qardaş ölkə olaraq hər iki ölkənin rəhbərlərinin iradəsi ilə daha da möhkəmlənir və bütün sahələrdə uğurla davam edir. Bu baxımdan, üçüncü qüvvələr bu sahədə heç bir əngəl yarada bilməzlər”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR