Tramp: Miqrantlar dəyərlərimizə hörmət etməlidir

Tramp: Miqrantlar dəyərlərimizə hörmət etməlidir
21:14 2 Fevral 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın administrasiyası ölkəyə gələn miqrant və qaçqınların əsasən dini etiqad azadlığına dair Amerika dəyərlərini qəbul etmələri üçün zəmanət sistemi hazırlayacaq.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp bildirib.   

 

“Biz ölkəmizdə zərrə qədər də qeyri-tolerantlığın yayılmasına imkan verməyəcəyik... Yaxın günlərdə yaradacağımız sistem ölkəyə gələnlərin dini azadlıqla bağlı dəyərlərimizi tam qəbul etməsini təmin etməyə kömək edəcək və onlar təzyiq və diskriminasiyanın istənilən formasından imtina edəcəklər”, - deyə Tramp dini liderlərlə ənənəvi birgə səhər yeməyi zamanı bildirib.

 

“Biz insanların ölkəmizə gəlməsini istəyirik, lakin biz onların həm də bizə və dəyərlərimizə nifrət deyil, hörmət etməsini istəyirik”, - deyə Tramp əlavə edib.  

 

Qeyd edək ki,  D. Tramp ötən həftə  İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

 

Fərman ölkədə və dünyada geniş etirazlara səbəb olub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR