İsrail və Türkiyə arasında son altı ildə ilk siyasi məsləhətləşmələr keçirilib

İsrail və Türkiyə arasında son altı ildə ilk siyasi məsləhətləşmələr keçirilib
02:17 3 Fevral 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ İsrail və Türkiyə arasında altı illik fasilədən sonra ilk siyasi məsləhətləşmələr keçirilib.
"Report" xəbər verir ki, bu barədə "MIG News" məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər ikitərəfli danışıqlardan sonra birgə rəsmi məlumat yayıblar. Sənəddə vurğulanır ki, Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması regionda sabitlik və təhlükəsizlik üçün zəruridir.
Türkiyədən səfərdən qayıtmış İsrailin Xarici İşlər Nazirliyinin rəsmisi Yuval Rotem vurğulayıb ki, iki ölkənin rəsmiləri İsrail-Türkiyə münasibətlərinin normallaşması haqqında imzalanmış razılaşma çərçivəsində bütün aktual məsələləri, o cümlədən iqtisadiyyat, energetika, turizm və mədəniyyət sahəsində əməkdaşlığı müzakirə ediblər.
Xatırladaq ki, İsrail və Türkiyə arasında münasibətlərin normallaşması haqqında razılaşma ötən ilin iyununda imzalanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-srail-ve-turkiye-arasinda-son-alti-ilde-ilk-siyasi-meslehetlesmeler-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR