Obameyanqın komandası millimizin irəliləyişinə əngəl oldu

Obameyanqın komandası millimizin irəliləyişinə əngəl oldu
19:17 3 Fevral 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-nın bu ay dərc edəcəyi milli komandaların reytinq siyahısının ehtimal olunan variantı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,dünya yığmalarının ayın 9-da rəsmən açıqlanacaq cədvəldəki təxmini durumu müəyyənləşib.

Ehtimallar üzərində qurulan cədvələ qarşıdakı 6 gündə baş tutacaq matçlar müəyyən dəyişikliklər edə bilər. Amma indiki vəziyyətində də bu siyahı müəyyən dərəcədə millilərin durumuna aydınlıq gətirir.
 
Yanvar reytinqi ilə müqayisədə Azərbaycan millisinin xal hesabı dəyişəcək. Yığmamız hesabat dövründə heç bir matça çıxmasa da, aktivini 386-da 388-ə yüksəldəcək. Amma bu da xorvatiyalı baş məşqçi Robert Prosineçkinin çalışdırdığı yığmamızın irəliləməsinə yetərli olmayacaq.
 
Düzdü, komandamız Afrika Millətlər Kubokunun uğursuzları Toqo və Liviyanı arxada qoya biləcək. İndiyədək eyni xala malik toqolular da, liviyalılar da xeyli xal itirib.
 
Bu, komandamıza irəliləyiş vəd etsə də, yarışın ev sahibi Qabonun sıçrayışı millimizi yerində saxlayacaq. Pyer-Emerik Obameyanqın lideri olduğu yığma 20 pillə irəliləyərək millimizi arxada qoyacaq.
 
Millimiz və "qonşular"ı
85 (85). Qətər - 418
86 (81). Çin - 404
87 (88). Zambiya - 395
88 (108). Qabon - 392
88 (87). Keniya - 392
90 (90). Azərbaycan - 388
91 (92). Antiqua və Barbuda - 372
92 (89). Liviya - 366
93 (96). Suriya - 357
94 (96). Syerra-Leone - 355
95 (95). Boliviya - 354
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə cüzi dəyişiklik olacaq. Fransa 6-cı pilləni Kolumbiyadan alıb.
 
İlk "onluq"
1 (1). Argentina - 1635
2 (2). Braziliya - 1529
3 (3). Almaniya - 1433
4 (4). Çili - 1386
5 (5). Belçika - 1371
6 (7). Fransa - 1313
7 (6). Kolumbiya - 1304
8 (8). Portuqaliya - 1240
9 (9). Uruqvay - 1195
10 (10). İspaniya - 1168
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və  San-Marino mövqeyini qoruyacaq. Şimali İrlandiya və Çexiya geriləyəcəksə, Norveç irəliləyişə sevinəcək. Növbəti yoxlama oyunundakı rəqibimiz Qətər 85-ci pillədə qalacaq.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya - 1433
34 (32). Şimali İrlandiya - 772
45 (43). Çexiya - 669
81 (84). Norveç - 426
202 (202). San-Marino - 17
 
Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerdə qalacaq. "Ay-ulduzlular"ın hesabında 857 xal olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR