Türklər 33 İŞİD-çini məhv elədilər

Türklər 33 İŞİD-çini məhv elədilər
11:47 5 Fevral 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatının 166-cı günündə Suriyanın şimalında terrorçuların mövqelərinə 259 zərbə endirib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Məlumata görə, zərbələr nəticəsində 33 İŞİD terrorçusu məhv edilib. Xəbərdə həmçinin bildirilir ki, "Fərat qalxanı" əməliyyatının başlandığı gündən bu günə kimi 228 yaşayış məntəqəsini əhatə edən 1880 kvadrat kilometr ərazi terrorçulardan azad olunub.

Həmçinin əməliyyat çərçivəsində ümumilikdə 2156 İŞİD terroçusu və PKK-nın Suriya qanadı olan PYD-nin 321 terroçusu məhv edilib. Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı Suriyanın şimalında ötən il avqustun 24-dən davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR