Kimsə futbolun yalnız aşağı səviyyəli insanlara məxsus olduğunu düşünürsə, səhv edir. Hər kəs bu oyunların dünyaya verdiyi mesajı bilməlidi.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Almaniya futbolunun əfsanəsi Matias Zammer deyib.
Yerli mətbuata müsahibə verən Zammer dünya çempionatının yeni formatını dəyərləndirib. 1996-cı ildə "Qızıl top"un sahibi olmuş 50 yaşlı mütəxəssis 2026-cı ildən etibarən dünya birinciliyinin 48 komandanın iştirakı ilə keçirilməsinin əleyhinə deyil. Almaniyalı həmkarımızın "Final mərhələsində keçirilə biləcək Azərbaycan - Toqo oyunu azarkeşlərə nə verə bilər?" sualını cavablandıran Zammer mundialda komanda sayının artırılmasını mənfi hal hesab etmir.
Onun fikrincə, FİFA-nın bu addımını tənqid etmək üçün hələ tezdi: "Futbol hər kəs üçündü. Təbii ki, hər komanda mundialı görə bilmir. FİFA bunu bütün dünyaya yaymaq üçün komandaların sayını artırmaq qərarına gəlib. Əlbəttə ki, dünya çempionatının final mərhələsi xüsusidi. Orda da ən yaxşını seçməyə çalışırlar. Ancaq seçmə mərhələdə komandalar ağıllı gedişlər edib, özlərini yaxşı tərəfdən göstərə bilirlərsə, deməli, final mərhələsinə çıxmağa layiqdilər. Və FİFA da bunun əsaslı olduğunu sübut edə bilirsə, final mərhələsindəki Azərbaycan - Toqo oyunu niyə mənfi hal kimi qiymətləndirilməlidi?".
Qeyd edək ki, Mattias Zammer 1996-cı ildə Almaniya yığmasının heyətində Avropa çempionu olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində