ARB TV-nin "Türk şou-maqazin" verilişinin növbəti qonağı türkiyəli müğənni Muazzez Ersoy olub.

Maraqlı açıqlamalar verən sənətçi ilk olaraq işlərindən danışıb:

""Kalbimi kıra-kıra" mahnısı və serialı ilk etdiyim işlərdən idi. Serial yayımlandığı vaxtlarda Azərbaycandan gözəl reaksiyalar aldım. İşlərim bəyənilirdi. Musiqilərim bəyənilirdi, çıxardığım albomlar sevilirdi. Daha sonra "İntizar" serialı və mahnısı ilə məşhurlaşdım. Bir neçə dəfə Azərbaycana gəlmişəm. Amma çox əvvəl olub. O zamanlar Bakı təzə-təzə inkişaf edirdi, yenidənqurma işləri aparılırdı. İndiki halını görməmişəm. 4-5 gün gəzməyə fürsətim olmuşdu. Amma indi eşidirəm ki, artıq Azərbaycan müasir bir ölkədir. Yenidən gəlib gəzmək istəyərəm. ARB kanalı vasitəsilə Azərbaycandakı bütün sevənlərimə salam göndərirəm".

Muazzez Ersoy son zamanlar efirlərdə görünməməsindən də söz açıb:

"Bu an üçün televiziya kanallarında seriallar və yarış proqramları hökm sürür. Musiqili verilişlər yox dərəcəsindədir. Belə olduqda biz də ekrana çox çıxa bilmirik. "TRT Müzik" kanalında 6 il musiqili veriliş apardım. Səbəbləri bunlardır. Mən hələ də albom çıxarıram, mahnı yazıram, konsert verirəm və s. "90-dan pop" deyə bir musiqi layihəsi üzərində işlədik. 90-ci illərdə sevilən pop musiqilərini seçərək özəl bir layihə hazırladıq. Ümid edirik, bəyənilər. Dünya musiqi sektorunda sıxıntı var. Tək bizdə yox. Amma düşünürəm ki, bunu da keçəcəyik".

Daha sonra Ersoy serial və filmlərdə oynamaq haqqında da danışıb:

"Hər hansı bir filmdə oynamaq istəmərəm. Daha çox tariximizi anladan filmlərdə yer almaq istəyərəm. "Muhteşem yuzyıl" , "Diriliş Ertuğrul" və bu kimi seriallarda yer almaq istərəm, amma hər hansı bir serialda yox".

Sonda sənətçi həmişə eyni cür görünməyinin sirrini də gizlətməyib:

"Yuxuma çox düşkünəm. Çox yatıram. Məni buraxsalar, 24 saat yataram. Düz həyatım var, iş - ev, ev - iş. Evə gələndən sonra otağıma çıxıram. İçkim yox, gecə həyatım yox, sadə yaşantım var".

Videonu izləmək üçün şəklə klikləyin:

Türk müğənni: "Məni buraxsalar, içki, gecə həyatı..." - VİDEO - FOTOTürk müğənni: "Məni buraxsalar, içki, gecə həyatı..." - VİDEO - FOTO

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Türk müğənni: "Məni buraxsalar, içki, gecə həyatı..." - VİDEO - FOTO
Türk müğənni: "Məni buraxsalar, içki, gecə həyatı..." - VİDEO - FOTO
Türk müğənni: "Məni buraxsalar, içki, gecə həyatı..." - VİDEO - FOTO
Türk müğənni: "Məni buraxsalar, içki, gecə həyatı..." - VİDEO - FOTO
Türk müğənni: "Məni buraxsalar, içki, gecə həyatı..." - VİDEO - FOTO