Serbiya çempionatının 22-ci turunda baş tutan "Rad" - Partizan" (0:1) oyunu başa çatandan sonra futbolçular arasında kütləvi qarşıdurma olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Belqrad derbisində yerli azarkeşlər "Partizan"ın hücumçusu Everton Luisə qarşı irqçi şüarlar səslənndiriblər və təhqiramiz banner açıblar. Final fitindən sonra özünü saxlaya bilməyən Luis həmin tribunaya qeyri-etik jest göstərib. Bundan sonra meydanda futbolçular arasında dava başlayıb. Everton Luis isə göz yaşları ilə paltardəyişmə otağına gedib.

Videonu izləmək üçün şəklə klikləyin:

Futbolçu təhqir olundu, meydanda dava düşdü - VİDEOFutbolçu təhqir olundu, meydanda dava düşdü

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində