Azərbaycanda avtomobillərin təkrar qeydiyyatı üçün tələb edilən müddət azaldılıb

09:47 7 Yanvar 2015
250 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 09:43 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişiklik nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması ilə bağlıdır.

 

Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinə göndərir. İndiyə qədər Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 3 gün müddətində Daxili İşlər Nazirliyinə göndərib və daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi 3 gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirib, müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edib. Dəyişikliyə əsasən bundan sonra Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 3 gün deyil, 1 gün müddətində Daxili İşlər Nazirliyinə göndərəcək və daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi 3 gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirərək müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edəcək.

 

Nazirlər Kabineti  “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da da müvafiq dəyişiklik edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR