Arvadını kişilərə satan ərin "namus davası" ÖLÜMLƏ NƏTİCƏLƏNDİ (FOTOLAR)

Boşadığı, amma birlikdə yaşadığı arvadını fahişəliyə vadar edən, qadını hər gün "müştəri"lərə satan ər sonda dözməyərək qadını döymək istəyib. Lakin onu sabiq arvadının sevgilisi güllələyib.

Hadisə İstanbulda yaşanıb. 26 yaşlı Abdülkadir Turan bu ilin əvvəlində arvadı Çağladan boşanıb. Lakin Abdulkadirlə 24 yaşlı Çağla bir mənzildə yaşamağa davam edirmişlər.

Daha sonra arvadını fahişəliyə vadar edən Abdulkadir qadını hər gün bir neçə kişiyə "satırmış". Çağla Turan əvvəl etiraz etməyə çalışsa da, vəhşicəsinə döyüldükdən sonra fahişəliyə razılaşıb.

İki həftə əvvəl o, artıq fahişəlik etməyəcəyini, müştərilərindən olan Şahinə vurulduğunu və onunla yaşayacağını deyib. Daha sonra Çağla Turan sevgilisi Şahinin mənzilinə - Bakırköydəki Cevizlik məhəlləsindəki Halıs Kıran küçəsindəki evə köçüb. Bundan xəbər tutan Abdulkadir həmin ünvana yollanıb. Şahini çağıran Abdulkadir qışqırmağa başlayıb: "Arvadım gecəni sənin evində keçirib. Ya onu mənə qaytar, ya da yanında qalırsa, hər gecənin pulu ver. Müftə heç nə olmur!"

Özündən çıxan Şahin maşınına oturmuş Abdulkadirə tapançasından iki dəfə atəş açıb. Abdulkadir Turan hadisə yerindəcə keçinib. (big.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR