Uzun müddət ayaq üstə qalmaq, ayaqda olan nəmlik, qapalı və hava keçirməyən ayaqqabılar geyinmək dırnaqda göbələk yaranmasına səbəb ola bilir. Göbələkdən qurtulmaq üçün təbii üsullardan istifadə edə bilərsiniz.
Metbuat.az Türkiyə mətbuatına istinadən, göbələyin təbii üsullarla müalicəsini təqdim edir.
Göbələyin müalicəsində ən effektiv üsullardan biri çay ağacı yağıdır. Hər axşam gecə yatmazdan əvvəl, problem olan bölgəyə sürtün. Sürtdükdən sonra ayağınızın hava almasını təmin edin.
Hər kəsin mətbəxində olan 2 vacib məhsul sarımsaq və sirkə də müalicə üçün effektiv üsuldur. İki ədəd sarımsağı yaxşıca əzin və 2 yemək qaşığı sirkə ilə qarışdırın. Dırnağınıza sürtün və üstünü örtün. Dırnağınız yenilənənə qədər bu üsulu tətbiq edə bilərsiniz.
Limonun digər möcüzəsi ayaq və dırnaq göbələyinin müalicəsində özünü göstərir. Hər axşam yatmazdan əvvəl, ayağınızdakı göbələyə 1 neçə damcı limon damızdırın və 15 dəqiqə gözləyin. Son olaraq limon damızdırdığınız göbələkli bölgəni su ilə yaxalayın. Bu üsulu dırnağınız uzanana kimi tətbiq edin.
Aysel Yaqubqızı / Metbuat.az