Hərbi xidmətdə olmayan azərbaycanlı müğənnilər - SİYAHI

Cəbhə xəttində gərgin anların yaşandığı bir vaxtda şou-biznesimizin tanınmışları arasında maraqlı sorğu keçirib.

Metbuat.az xəbər verir ki, illər ərzində yaradıcılıqları ilə Azərbaycan musiqisinə xidmət edən müğənnilər görəsən hərbi xidmətlərini də yerinə yetiriblərmi? Hansı məşhurlar, hansı səbəblərlə hərbi xidmətdə iştirak etməyiblər?

Bunlardan biri ölkəmizi "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsində təmsil edən və qalib olan Eldar Qasımovdur.

Xalq artisti Faiq Ağayev isə səhhətində olan problemlər ucbatından əsgər gedə bilməyənlər siyasındadır.

Müxtəlif konsert proqramları ilə əsgərlərin qarşısında çıxış edən İzzət Bağırovun adı da bu siyahıdadır. Müğənni əsəblərinin gərgin olması səbəbi ilə əsgərliyə getmədiyini açıqlayıb.

Prodüsser Tolik isə vaxtı ilə çox arıq olduğu və lazım olan çəkidə olmadığı üçün əsgərlikdə olmayıb.

Elnur Məmmədovun da adı həmkarları ilə eyni sıradadır

Əməkdar artist Abbas Bağırov isə əsgərlikdə olmadığını və səbəbini açıqlamaq istəmədiyini söylədi.

Zamiq Hüseynov isə hərbi xidmətə yararsız olduğunu vurğulayıb.

Müğənni Yaşar Cəlilov da əsgərlikdə olmayanlardandır.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR