Bazeldə atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb
Paylaş
110 baxış·1 dəq oxu
Bakı. 10 mart. REPORT.AZ/ İsveçrənin Bazel şəhərindəki kafelərdən birində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. "Report" xəbər verir ki, "20minutes" nəşrinin məlumatına görə, insident cümə axşamı baş verib. Canilər iki nəfər olublar və hadisə yerindən qaça biliblər. Polis, hələ ki, cinayətin motivlərini müəyyən edə bilmir.