Ölkədə boşanma hadisələrinin artması şübhəsiz şou-biznes aləmində də müşahidə olunur.

Metbuat.az yerli şou-biznesdə ən çox ailə quran məşhurların adlarını tqədim edir:

Xalq artisti Flora Kərimova 3 dəfə nikahda olan məşhurlar sırasındadır. Onun üçüncü evliliyindən Zümrüd adlı qızı dünyaya gəlib.

Azərbaycanın ən çox evlənib-boşanan məşhurları

Müğənni Nura Suri də həmkarı kimi üç dəfə rəsmi nikaha daxil olub. Müğənni hazırda üç oğul anasıdır.

Azərbaycanın ən çox evlənib-boşanan məşhurları

Son illərdə tez-tez Hindistana gedən tanınmış rəqqasə Oksana Rəsulova da üç nikahla şou-biznesin boşanmışları siyahısındadır. Onun son həyat yoldaşı isə reper Elşad Xose olub.

Azərbaycanın ən çox evlənib-boşanan məşhurları

Aparıcı Ulvira Qarayeva isə iki dəfə rəsmi nikahda olub. Onun ikinci evliliyi “Toy olsun” verilişinin iştirakçısı, meyxanaçı Tərlan Mustafayevlə baş tutub. Onunla da boşanıb.

Azərbaycanın ən çox evlənib-boşanan məşhurları

“Şeron” qrupunun üzvü Rüstəm Zeynallı iki dəfə ailə qurub. İkinci dəfə ailə qurduğu Həcər xanım xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızıdır.

Azərbaycanın ən çox evlənib-boşanan məşhurları

Müğənni İzzət Bağırovun da ilk evliliyi sona qədər olmayıb və ikinci dəfə evlənib. İkinci evliliyindən isə üç uşağı dünyaya gəlib.

Azərbaycanın ən çox evlənib-boşanan məşhurları

Meyxanaçı Namiq Qaraçuxurlu isə ötən il ikinci dəfə evlənib.

Azərbaycanın ən çox evlənib-boşanan məşhurları

Əməkdar artist Leyla Şıxlinskaya isə dörd evliliklə şou-biznesdə liderliyini qorumaqdadır. Əməkdar artist müsahibələrinin birində gələcəkdə beşinci dəfə də evlənə biləcəyini vurğulayıb.

Azərbaycanın ən çox evlənib-boşanan məşhurları

Rəvan Nasiroğlu / Metbuat.az