Dünyanın ən ucuz və bahalı şəhərləri

Dünyanın ən ucuz səyahət şəhəri adına Kiprin cənub-qərbində yerləşən Pafos şəhəri layiq görülüb.

Metbuat.az bildirir ki, Britaniya kompaniyası olan "Post Office"-in ekspertləri bu qənaətə Avropanın müxtəlif ərazilərində iki nəfərin otel xərcləri, gediş haqqı, yemək və əyləncə xərclərini hesabladıqdan sonra gəlib.

Məlum olub ki, Pafosda 2 günlük istirahət 160 avroya başa gəlir. İkinci yerdə Vilnüs, 3-cü yerdə isə 173 avroyla Riqa gəlir.

Top 100-lüyə Varşava, Budapeşt, Krakov, Lissabon, Praqa, Afina və Palma de Mayorka da düşüb.

Dünyanın ən bahalı istirahət şəhəri isə İslandiyanın paytaxtı Reykyavik seçilib. Burada eyni şərtlər üzrə istirahət 637 avroya başa gəlir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR