Xalq artisti Nazpəri Dostəliyevanın Metbuat.az-a verdiyi müsahibəsini təqdim edirik.

- Əksər müsahibələrdə olduğu kimi, ənənəyə sadiq qalaraq, yeni işlərinizdən danışaq.

- Yaradıcı insan heç vaxt fəaliyyətsiz qalmamalıdır. Böyük işlər görürük. Bütün komandamla birlikdə başımız həmin işə qarışıb. Bu, ölkə səviyyəsində çox böyük və uğurlu layihədir. Sadəcə, bu haqda danışmaq istəmirəm. Bununla yanaşı, yeni mahnılarım da var. Hətta yeni klip də hazırdır.

"Həyat yoldaşımdan ayrılsaq da..."

- Uzun zamandan sonra yenə böyük kütlə qarşısında çıxış etmək fikriniz var?

- Yaradıcılıq gündəliyimi varaqlasanız, bilərsiniz ki, dünyanın bir çox ölkələrində və şəhərlərində konsertlərim olub. Özü də solo konsert vermişəm. Heydər Əliyev Sarayında 15-ə yaxın konsertim olub. Düşünürəm ki, bu işdə artıq inqilab etməyin vaxtı gəlib. İndi elə onun üstündə çalışıram və yenilik gətirəcəm..

- Çox təmkinli və səbrli bir insan kimi görünürsünüz. Problemləri belə dəf edə bilirsiniz?

- Adi insanların böyük problemləri olur, qaldı ki, sənət adamlarının... Sadəcə, problem mənə məxsusdur. Onu kimsəylə bölüşmək xoşuma gəlmir. Mənim işim problemli insanları yükləmək deyil. Heç vaxt ekranlarda problemlərimdən, şəxsi həyatımdan, ya digər məsələlərdən danışmaram. Musiqimlə onların ruhlarını oxşamağa çalışıram. Mənim işim budur.

"Həyat yoldaşımdan ayrılsaq da..."

- Şou-biznesdə öz kütləsi olan müğənnilərdənsiniz. Sözünüz, qılıncınız bu sahədə itidirmi?

- Mənim sözüm şou-biznesdə də, Azərbaycan musiqisində də lazımı səviyyədə keçir. Buna mənim illərlə topladığım təcrübəm yetir. Şou-biznesdə də kiçikdən-böyüyə qədər mənə və sənətimə hörmət edib, sözümü sayırlar. Adam gərək özündən böyüyə hörmət etsin.

- Yəni, taxt-tac iddiasında olanlardan deyilsiniz?

- Mən bu günə qədər heç vaxt taxt-tac sevdalılarından olmamışam, olmayacağam da. Şükrlər olsun ki, bir sənətkar kimi xalqımın və dövlətimin yanında yerimi tutmuşam. Nazpəri Dostəliyeva olaraq öz rütbəm və imzam var.

- Şou-biznesdə tez-tez gənclərlə yaşlıların söz davası olur. Üstəlik hər iki tərəf də öz həddini qorumur...

- Haqlısınız, tez-tez yaşlı nəsillə gənclər arasında münaqişələr olur. Bir-birlərinə xoşagəlməz sözlər deyirlər. Ancaq mən əvvəldən görmüşəm ki, gənc özündən yaşlıya kobud cavab verməz. Şükr olsun ki, bu günə qədər heç bir gənc ifaçı mənə qarşı hörmətsizlik etməyib. Heç buna şərait də yaratmaram.

"Həyat yoldaşımdan ayrılsaq da..."


- Elə yaşlı nəsillərdən olan Flora Kərimovanın da adı tez-tez qalmaqallarda səslənir. İstər gənclərlə, istərsə də öz yaşıdlarıyla...

- Bir məsəl var, “oha var dağdan endirər, oha var dağa qaldırar”. Gəncə qüsuru elə deməlisən ki, onlar qıcıqlanmasın. İstər televiziyada, istər saytlarda, yaxud radiolarda elə söhbət eləmək lazımdır ki, heç kimin xətrinə dəyməsin və yozulmasın. Ümumiyyətlə, insan qarşısındakı ilə öz həddini qorumalıdır ki, gənc də həddini aşmasın.

- Gəlinləri evdə Nazpəri Dostəliyevanı, yoxsa qaynanalarını görür?

- Mən qaynana deyiləm. "Mamoçkayam" (gülür). Heç vaxt özümü qaynana kimi görməmişəm. Gəlinlərimə öz qızım, bacım, yaxın rəfiqəm kimi baxıram. Mənim 4 övladım var - iki oğlum və iki qızım.

- Oğul anaları daha qısqanc və tələbkar olurlar. Aranızda heç münaqişə olmayıb?

- Allahın bu gününə min şükr. Mən demirəm ki, oğlumun ailəsi ideal ailədir. Söz-söhbət, problemlər olub, olur, olacaq da. Bu, çox normaldır. Onların ailəsində söz-söhbət olanda oğullarımın ixtiyarına buraxır və qarışmıram. Ümumiyyətlə, gərək ailə münaqişəsinə heç bir valideyn qarışmasın. Bir də görürsünüz ki, gəlin şikayət edir. Deyirəm, şeytan balam hər şey yaxşı olacaq, səbrli ol, bu da düzələcək.

"Həyat yoldaşımdan ayrılsaq da..."

- Belə bir ifadə var ki, necə gəlin olsan, qarşına da elə gəlin çıxar. Sizin qaynananız da belə ədalətli olub?

- Mən ona heç vaxt qaynana deməmişəm. Qaynanama ancaq ana demişəm. Qaynanam məni övladlarından daha çox istəyib. Allah ona rəhmət etsin. Bu faktı onun övladları təsdiqləyə bilər. Baxmayaraq ki, yoldaşımla yollarımız ayrıldı, o, dünyasını dəyişdi. Ancaq sona qədər qaynanam məni qızı bilirdi.

- Müğənni olmağınızdan dolayı həyat yoldaşınızla problemlərinizə qaynananız qarışırdı?

- Mənim müğənni olmağımı nə keçmiş həyat yoldaşım, nə də qardaşım istəyib. Həmişə də buna qarşı çıxıblar. Ancaq onu da deyim ki, yoldaşımdan ayrılsaq da, onunla elə ciddi münaqişələrimiz olmayıb. Allah ona da rəhmət eləsin. Gözəl ailə başçısı və yaxşı ata olub. O, heç vaxt izn verməzdi ki, kimsə bizim münasibətimizə qarışsın.

- Həyat yoldaşınız dünyasını dəyişdi, bəs bundan sonra qəlbinizi fəth edən kimsə olmadımı?

- Bu haqda danışmaq istəməzdim. Çünki bu məndə gizli qalan bir məsələdir və şəxsi işimdir.

Rəvan Nasiroğlu / Metbuat.az

Orxan Line/ Metbuat.az

"Həyat yoldaşımdan ayrılsaq da..."

"Həyat yoldaşımdan ayrılsaq da..."

"Həyat yoldaşımdan ayrılsaq da..."

"Həyat yoldaşımdan ayrılsaq da..."

"Həyat yoldaşımdan ayrılsaq da..."