NASA-nın arxivlərində Saturnun halqasına enmiş yadplanetlilərin VİDEOSU TAPILIB - VİDEO - FOTOLAR

NASA-nın arxivlərində Saturnun halqasına enmiş yadplanetlilərin VİDEOSU TAPILIB - VİDEO - FOTOLAR
17:48 9 Aprel 2017
142 Maraqlı
Ölkə mətbuatı
A- A+

NASA kosmosdan çəkilən 140 mindən çox foto, video və audiofaylların yayımlandığı yeni saytı istifadəyə verib. Qurum beləliklə 60 müxtəlif saytda kosmosa aid paylaşılan materialları bir yerə toplayıb.

Publika.az xəbər verir ki, "Yutub" sosial şəbəkəsində "ufotoday" kanalı vasitəsilə kosmosda çəkilən maraqlı görüntülər yayımlanıb. Şəkildə Saturnun ətrafında parlayan halqanın üzərində qəribə obyektlər əks olunub. Fotolar Cassini kosmik aparatı vasitəsilə Yerə göndərilib.

2007-ci ildə çəkilən şəkildə görünən obyekt halqanın daxilində yerləşir və müəyyən ölçülərə sahibdir. Planetin halqası əslində kiçik buz hissəciklərdən ibarətdir. 2009-2012-ci illərdə yenidən çəkilən fotolarda halqanın daxilində olan obyektin kənara çıxdığı görülüb.

Tədqiqatçılar bu hadisəni bir neçə variantla izah edir. İlkin fərziyələrə görə, bu asteroid, komet və ya digər kosmik cisimlər ola bilər. Kosmosa göndərilən peyklərdən birinin hissələri də ola bilər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/194040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR