“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ATƏT-in Minsk qrupunun prinsipləri çərçivəsində həll
olunmalıdır”.
Publika.az xəbər verir ki, bu barədə İsrailin
Ermənistandakı səfiri Eliyahu Yeruşalmi “news.am”-a müsahibəsində
deyib.
İsrail səfiri münaqişənin sülh yolu ilə həllinin tərəfdarı
olduqlarını açıqlayıb.
“Biz sülh istəyirik. Ən vacib olan regionda sülhün bərqərar
olmasıdır. Belə olarsa, Ermənistan sülh içində yaşaya bilər”, -
deyə o bildirib.
İsrailin Azərbaycana silah satmasına gəlincə, E.Yeruşalmin cavabı
belə olub: “İsrail bu məsələni şərh etmir. Bu məsələ İrəvanda mənim
görüşlərim zamanı da qaldırılıb, ehtimal ki, gələcək
məsləhətləşmələrdə bu, müzakirə ediləcək”.
E.Yeruşalmin həmçinin, əlavə edib ki, gələcəkdə İsrailin yüksək
vəzifəli nazirinin Ermənistana səfəri planlaşdırılır.
Asif